Əsas məzmuna keç

Dövlət Xidməti ticarət mərkəzində yanğın-taktiki təlim keçirib

Dövlət Xidməti ticarət mərkəzində yanğın-taktiki təlim keçirib

Təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin...

en ru

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti şəhəri, Yeni Gəncə yaşayış massivində “Nəhəng Daş” mərkəzində “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı ticarət mərkəzində şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri tərəfindən “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatı yerinə yetirilib.

Təlimə ümumilikdə 40 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…