Əsas məzmuna keç

Dövlət Xidməti 5 ayda 800 milyon manatlıq müsabiqə əsaslı satınalma keçirib

Dövlət Xidməti 5 ayda 800 milyon manatlıq müsabiqə əsaslı satınalma keçirib

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ümumi dəyəri 796,2 milyon manat olan 1 938 müsabiqə əsaslı satınalma keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlardan 19-u açıq , 1 050-si elektron açıq tender, 779-u kotirovka sorğusu, 90-ı isə təkliflər sorğusu olub.

Elektron satınalmalar say və məbləğ (367,2 ) üzrə digər üsullarla müqayisədə üstünlük təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…