Əsas məzmuna keç

Dövlət qulluqçuları 9 səriştə üzrə qiymətləndiriləcək

Dövlət qulluqçuları 9 səriştə üzrə qiymətləndiriləcək

Dövlət İmtahan Mərkəzi kadrların peşəkarlıq səviyyəsini yoxlayacaq. Yeni təsnifat qaydaları işçilərin karyera yüksəlişinə və əməkhaqqına necə təsir edəcək?

en ru

Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti 3 klasterdə 9 səriştə əsasında qiymətləndiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, nəticəyönümlülük klasterinə məlumatların idarə edilməsi və qərarvermə, nəticələrin əldə edilməsi, peşəkar inkişaf və dəyişikliklərə açıqlıq səriştələri daxildir.

Başqaları ilə işləmək klasterində kommunikasiya, emosional zəka və komanda işi səriştələri yer alır.

Vətəndaşlara xidmət klasterinə isə cəmiyyət üçün dəyərlərin yaradılması, dürüstlük və etibarlılıq səriştələri daxildir.

Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti bu səriştələrə əlavə olaraq, Liderlik klasterində birləşən 3 səriştə üzrə də qiymətləndiriləcək.

Bunlar insanları idarə etmək, strateji düşüncə və başqalarını inkişaf etdirmək səriştələridir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…