Əsas məzmuna keç

Dövlət Qulluğu Məcəlləsi qəbul edilərsə, 6 qanun ləğv olunacaq

Dövlət Qulluğu Məcəlləsi qəbul edilərsə, 6 qanun ləğv olunacaq

Yeni layihə təsdiqlənərsə, mövcud normativ aktlar qüvvədən düşəcək. İdarəetmə sistemindəki bu köklü dəyişikliklər dövlət qulluqçularının işinə necə təsir edəcək?

en ru

Dövlət Qulluğu Məcəlləsinin layihəsi dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını vahid kodifikasiya olunmuş hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, Məcəllə layihəsində dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilir.

Məcəllənin qüvvəyə minməsi ilə "Dövlət qulluğu haqqında" Qanunla yanaşı, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", " Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların qüvvədən düşməsi nəzərdə tutulur.

Digər normativ hüquqi aktların Məcəlləyə uyğunlaşdırılması üçün isə keçid mexanizmi müəyyən edilir. Həmin Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək yalnız Məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…