Əsas məzmuna keç

Donald Trampın Zelenski ilə görüşünün əsas məqsədi məlum olub

Donald Trampın Zelenski ilə görüşünün əsas məqsədi məlum olub

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təcili addımlar atmaq niyyətində olduğu bildirilir.

en ru

Trampın Zelenski ilə münaqişəsini müzakirə edəcəyi bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqların aparılmasını vacib hesab edir və bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankara şəhərində keçiriləcək NATO sammiti çərçivəsində müzakirə etməyi planlaşdırır.

Bildirilir ki, Ağ Ev rəsmilərindən birinin sözlərinə görə, Tramp münaqişənin başa çatdırılması istiqamətində təxirəsalınmaz addımların atılmasında maraqlıdır. Zelenski ilə görüşdən sonra onun Prezidenti Vladimir Putinlə də aparmasının gözlənildiyi qeyd olunur.

Qeyd olunur ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov daha əvvəl Vladimir Putinin Ukrayna böhranının siyasi-diplomatik yollarla həllinə üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, Putin Donald Trampla son telefon danışığında Moskvanın təhlükəsizlik maraqlarının nəzərə alınması şərti ilə münaqişənin diplomatik yolla nizamlanmasının vacibliyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…