Əsas məzmuna keç

Donald Tramp Sorosa xəbərdarlıq edib

Donald Tramp Sorosa xəbərdarlıq edib

Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Sorosa yenidən xəbərdarlıq edib: "Əlbəttə, Soros tez-tez eşitdiyim addır. Mən radikal solçu olan kifayət qədər...

ABŞ prezidenti bildirib ki, maliyyəçi və "LinkedIn"in həmtəsisçisi Rid Hoffman radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşə bilərlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Sorosa yenidən xəbərdarlıq edib:

"Əlbəttə, Soros tez-tez eşitdiyim addır. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Rid Hoffman adlı bir oğlan haqqında da eşidirəm. Əgər bu işləri maliyyələşdirsələr, problem yaşayarlar", - Amerika lideri qeyd edib.

Tramp ABŞ-də siyasi terrorizmin artmasında, xüsusən də müttəfiqi Çarli Kirkə qarşı sui-qəsd cəhdində solçu radikalları günahlandırır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Corc Sorosun ölkədə etiraz aksiyalarının təşkilində iştirakı ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu bəyan etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…