Əsas məzmuna keç

Doktorantura imtahanı keçirildi

Doktorantura imtahanı keçirildi

DİM-in Bakı və Naxçıvanda təşkil etdiyi sınaqlarda iştirakçılar hansı tapşırıqlarla üzləşib? Fəlsəfə doktoru pilləsi üçün minimal keçid balı və nəticə tarixi.

en ru

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə imtahanı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan və Naxçıvan şəhərlərdə təşkil olunub. İmtahanda iştirakçılara xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub. İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq.

Qeyd edək ki, xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…