Operativ Məlumat Mərkəzi

DMX sağlamlıq imkanları məhdud şəxslərə yaşamaq üçün icazə vəsiqələri təqdim edib

1 dəq
Paylaş:
DMX sağlamlıq imkanları məhdud şəxslərə yaşamaq üçün icazə vəsiqələri təqdim edib
Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarələri Bakının kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin...

Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarələri Bakının kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə səyyar xidmətlər göstərib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DMX-dən məlumat verilib.

Bildirilib ki, səyyar xidmətlər çərçivəsində İsmayıllı, Ağsu, Naxçıvan, Şərur, Cəlilabad, Astara, Gəncə, Samux, Tərtər, Mingəçevir, Goranboy, Ağdaş, Xaçmaz, Şabran, Salyan və Neftçalada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.

Eyni zamanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvəqqəti yaşamaq üçün icazələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər