Əsas məzmuna keç

Dmitri Peskov Rusiya neftinin tədarükü barədə açıqlama verdi

Dmitri Peskov Rusiya neftinin tədarükü barədə açıqlama verdi

Kreml sözçüsü Dmitri Peskov Moskva-Yeni Dehli neft tədarükü məsələsinə aydınlıq gətirdi. Abu-Dabi görüşü və İqor Kostyukov haqqında mühüm detallar burada.

en ru

"Moskva hələlik Yeni Dehlidən neftinin tədarükündən imtina etməsi ilə bağlı heç bir bildiriş almayıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri deyib.

"Biz hələlik Dehlidən bu məsələ ilə bağlı heç bir açıqlama eşitməmişik", - o qeyd edib.

Peskov həmçinin Əbu-Dabidə keçiriləcək görüşə də toxunub.

O bildirib ki, danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi eyni olaraq qalır: "Heyətə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edəcək".

Növbəti danışıqların Əbu-Dabidə keçirilməsi 4-5 fevral tarixlərinə planlaşdırılıb.

ABŞ-Rusiya-Ukrayna arasında ilk üçtərəfli danışıqlar yanvar ayının sonunda baş tutub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…