Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropada nüvə silahı müzakirələri gündəlik rejimə çevrilib

2 dəq
Paylaş:
Avropada nüvə silahı müzakirələri gündəlik rejimə çevrilib

Avropada nüvə silahının yayılması və tətbiqi ilə bağlı müzakirələrin adi hal alması Rusiyanın narahatlığına səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiyanın Kollektiv Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.

Məlumata görə, xüsusilə Avropa ölkələrində nüvə silahından istifadə ehtimalı ilə bağlı ritorikanın artıq xarakter aldığını deyib. O bildirib ki, Finlandiya, Baltikyanı ölkələr və Şərqi Avropanın bəzi dövlətləri öz ərazilərində və ya onun daşıyıcılarını yerləşdirməyə hazır olduqlarını açıqlayıblar. Rusiya rəsmisinin sözlərinə görə, həmin ölkələr Hirosima və Naqasaki faciələrinin nəticələrini unudublar.

Bildirilib ki, Rusiyanın BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi Gennadi Qatilov da Avropa ölkələrinin nüvə siyasətinin nüvə dövlətləri arasında birbaşa qarşıdurma riskini artırdığını bəyan edib. O, Böyük Britaniya və Fransanın gizli şəkildə öz nüvə arsenalını genişləndirməyə başladığını iddia edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax