Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücum hədəfi olmasa da, bina qəlpələrin düşməsi nəticəsində ciddi zədələnib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç rəsmi açıqlama verib.
"Zərbələrdən biri Bəsicin bazasına endirilib. Qəlpələr bizim səfirliyimizə ziyan vurub. İrandakı diplomatlarımıza gəlincə, bu gün personalımız Azərbaycan istiqamətində təxliyə olunacaq", - deyə Vuçiç bildirib.
Dövlət başçısı dəqiqləşdirib ki, Serbiya səfiri müvəqqəti olaraq Azərbaycana yollanacaq, lakin daha sonra yenidən Tehrana qayıdacaq.
Vuçiç həmçinin əlavə edib ki, region üzrə ən çox Serbiya vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindədir və onlar ilk fürsətdə təxliyə olunacaqlar.