Əsas məzmuna keç

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən hərəkət iştirakçılarına müraciət edib

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən hərəkət iştirakçılarına müraciət edib

Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlarımıza səfər edən hərəkət iştirakçılarına müraciət edib. Bu barədə "Operativ Məlumat...

Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlarımıza səfər edən hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Müraciətdə deyilir:

"Əziz hərəkət iştirakçıları!

Novruz bayramı günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara edək.

İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək.

Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq.

Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq qaydalarına riayət edin".

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 32 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 33 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 52 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…