Dağıstanda terror aktları törədilib, çox sayda ölən var - VİDEO - YENİLƏNİB

Dağıstanda terror aktları törədilib, çox sayda ölən var - VİDEO - YENİLƏNİB
23.06.2024 21:25
Aa
dəq

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “112” teleqram kanalı mənbəyə istinadən yazıb.

Vurğulanıb ki, hazırda 5 nəfərin öldüyü məlumdur.

Dağıstanın Daxili İşlər Nazirliyi xəbər verir ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzi isə bildirib ki, bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün Rusiya FSB-nin Dağıstan üzrə departamentinin rəhbəri antiterror əməliyyatı keçirmək qərarına gəlib”, - məlumatda deyilir.

***

Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00- Qeyd) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda vurğulanıb.

Hazırda sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.

Həftənin ən çox oxunanları

Mahaçqaladakı partlayışda ölənlərin sayı 12 nəfərə çatıb

Mahaçqaladakı partlayışda ölənlərin sayı 12 nəfərə çatıb
DAVAMIN OXU davamın oxu

Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşüb

Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşüb
DAVAMIN OXU davamın oxu

İranla Ermənistan Araz üzərindən ikinci körpünün tikilməsini müzakirə edir

İranla Ermənistan Araz üzərindən ikinci körpünün tikilməsini müzakirə edir
DAVAMIN OXU davamın oxu

Xamənei Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Xamənei Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
DAVAMIN OXU davamın oxu

Dağıstanda partlayış olub, 10 nəfər ölüb

Dağıstanda partlayış olub, 10 nəfər ölüb
DAVAMIN OXU davamın oxu