Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır
19.04.2024 11:44
Aa
dəq

Fransa surətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, Fransa Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən diplomat Prezident Emmanuel Makron tərəfindən qəbul edilib: "Beynəlxalq münasibətlərdə və diplomatik təcrübədə rast qəlinən belə bir addımla bağlı bir sıra şərhlərə ciddi ehtiyac var".

Deputatın sözlərinə görə, ikitərəfli münasibətlərdə Fransanın uzun müddət ərzində sərgilədiyi destruktiv fəaliyyət faktiki olaraq hazırda pik həddə çatıb:

"25 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupu çərçivəsində guya vasitəçilik missiyası ilə məşğul olan dövlət 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan qətnamənin qəbul edilməsinin əleyhinə səs verir. Halbuki müzakirəyə təqdim olunan sənəddə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi və bir sıra digər mühüm məsələlər öz əksini tapıb. Fransa Parlamentinin hər iki palatası - Senat və Milli Assambleya ölkəmizə qarşı vahid cəbhədən çıxış edərək, hamılıqla qəbul edilən beynəlxalq hüquq prinsiplərinə dəfələrlə hörmətsizlik nümayiş etdirib aşkar formada təcavüzkar Ermənistanı dəstəkləmiş və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan qətnamələr qəbul edib".

N.Səfərov bildirib ki, Fransa BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqının Parlamenti və digər beynəlxalq platformalarda Azərbaycana qarşı müxtəlif sənədlərin qəbul edilməsi üçün xüsusi fəallıq nümayiş etdirib: "Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizlik rejimin bərqərar olunmasına heç bir maraq göstərməyən Fransa surətlə Ermənistanı silahlandırır və yenidən bu bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Əlbəttə ki belə, cəhdlərin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınacaq və istər iqtisadi, istərsə də hərbi cəhətdən regionun ən qüdrətli ölkəsi olaraq Azərbaycan gündəlikdə duran bütün problemləri ən səmərəli formada həll edəcək".

Həftənin ən çox oxunanları

Prezident COP29-a hazırlıqdan danışdı

Prezident COP29-a hazırlıqdan danışdı
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Prezidenti Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov Ukrayna Ali Radasının sədrinin müavini ilə görüşüb

Ceyhun Bayramov Ukrayna Ali Radasının sədrinin müavini ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət edib

Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət edib
DAVAMIN OXU davamın oxu