Operativ Məlumat Mərkəzi

Depressiya məhşur musiqiçiyə belə təsir etdi

2 dəq
Paylaş:
Depressiya məhşur musiqiçiyə belə təsir etdi
bu hadisələrin dağıdıcı təsiri "həyatımı, psixi sağlamlığımı və nəhayət, musiqiyə baxış tərzimi dəyişdi" deyən ulduz sosial mediada yazdığı əlyazma...

Ed Sheeran deyib ki, o, keçən il həyat yoldaşına xərçəng diaqnozu qoyulduqdan və dostu Camal Edvardsın 31 yaşında gözlənilmədən dünyasını dəyişməsindən sonra depressiyaya düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisələrin dağıdıcı təsiri "həyatımı, psixi sağlamlığımı və nəhayət, musiqiyə baxış tərzimi dəyişdi" deyən ulduz sosial mediada yazdığı əlyazma qeydində bildirib.

Nəticədə o, qarşıdan gələn altıncı albomu üçün yazdığı "yüzlərlə" mahnını ləğv etdi.

O qeyd edib ki, “İlk dəfədir ki, insanların bəyənəcəyi bir albom hazırlamağa çalışmıram, sadəcə olaraq, həyatımda olduğum yerə dürüst və doğru olan bir şey ortaya qoyuram. Bu, mənim ruhuma tələ qapısını açır."

Albom mayın 5-də satışa çıxarılacaq

Bu xəbəri paylaş

Oxşar xəbərlər