"Korintians" hücumçu Memfis Depayın transferini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hollandiyalı azad agent kimi 2026-cı ilin yayına klubla qədər müqavilə imzalayıb.
"Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.
Depayın əvvəlki klubu keçən yay tərk etdiyi "Atletiko Madrid" olub. 2023/24 La Liqa mövsümündə hücumçu 23 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.