Livanın Tripoli şəhərində yaşayış binalarının uçması nəticəsində ağır itkilər qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
Son məlumatlara görə, faciə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Xilasetmə qrupları şəhərin şimalındakı Bab əl-Tabane ərazisindəki dağıntılar altından səkkiz nəfəri çıxarıb və onlara lazımi yardım göstərilib. Hazırda axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Vurğulanıb ki, bu, son həftələrdə Tripolidə baş verən ikinci belə hadisədir.