ABŞ və İsrailin birgə əməliyyatının başlanmasından bəri İranda ən azı 1114 nəfər həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” CNN-ə istinadən xəbər verir ki, bu barədə İranın "HRANA" hüquq müdafiə təşkilatı məlumat yayıb.
Məlumata görə, ölənlərdən 183-ü yetkinlik yaşına çatmamış şəxslərdir.
Hazırda təşkilat 900-dən çox ölüm faktını araşdırır.