Hindistanın şimal-şərqində yerləşən Meqhalaya ştatında kömür mədənində baş vermiş güclü partlayış nəticəsində həlak olanların sayı artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 32 nəfərə yüksəlib.
Partlayış ştatın dağ-mədən rayonlarından birində qeydə alınıb. Xilasetmə işləri nəticəsində ölənlərin yeni cəsədləri aşkar edilib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, "Xinhua" agentliyinin yaydığı xəbərə görə, bölgədəki mədənlərdə təhlükəsizlik qaydalarına riayət olunması məsələsi yenidən gündəmə gəlib.