Əsas məzmuna keç

Karib dənizində ABŞ-nin iki hərbi gəmisi toqquşub

Karib dənizində ABŞ-nin iki hərbi gəmisi toqquşub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin yanacaqdoldurma zamanı toqquşması nəticəsində xəsarət alanlar var.

en ru

Karib dənizində Hərbi Qüvvələrinə () məxsus iki yanacaqdoldurma əməliyyatı zamanı toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" (WSJ) nəşri yayıb.

Məlumata görə, insident nəticəsində iki nəfər yüngül xəsarət alıb.

ABŞ Cənub Komandanlığının nümayəndəsi polkovnik Emmanuel Ortis bildirib ki, hadisə "USS Truxtun" eskadra minonoseri və "USNS Supply" sürətli döyüş təminatı gəmisi arasında baş verib.

Rəsmi açıqlamada xəsarət alanların vəziyyətinin stabil olduğu və hər iki gəminin təhlükəsiz şəkildə üzməyə davam edə bildiyi qeyd olunub. Toqquşmanın dəqiq səbəbi və baş verdiyi koordinatlar hələlik açıqlanmır.

Hərbi rəsminin sözlərinə görə, qəza Cənub Komandanlığının məsuliyyət zonasına daxil olan ərazidə qeydə alınıb.

Xatırladaq ki, bir müddət əvvəl Misirdə iki kruiz laynerinin toqquşması nəticəsində bir neçə sərnişin suya düşmüşdü.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…