İsrail ordusunun bazar ertəsi günü Livanın paytaxtı Beyrutun cənub ətraflarına və ölkənin cənub rayonlarına təşkil etdiyi hava hücumları nəticəsində böyük insan tələfatı qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Livan Səhiyyə Nazirliyi yayıb.
Rəsmi qurumun son hesabatına əsasən, hücumlar zamanı 31 nəfər həyatını itirib, 149 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda bölgədə xilasetmə və fəsadların aradan qaldırılması işləri davam etdirilir.