Azərbaycanda "Dövlət məlumat hövzəsi"nin (Data Lake) yaradılması və dövlət informasiya ehtiyatlarının bu sistemə tam inteqrasiyası 2028-ci ilin iyul ayında yekunlaşacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu hədəf Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Təsdiqlənmiş sənədə əsasən, müəyyən edilmiş məlumatların 85 faizindən çoxunun "Dövlət məlumat hövzəsi"nə inteqrasiyası planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi isə dövlət büdcəsi və qanunvericiliklə müəyyən edilən digər mənbələr hesabına təmin ediləcək.