"Nüvə proqramlarının birgə maliyyələşdirilməsi və ya Danimarka torpağında nüvə silahlarının yerləşdirilməsi məsələlərini müzakirə etməyə hazıram".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Danimarka müdafiə naziri Troels Lund Poulsen deyib.
O bildirib ki, müzakirə NATO çərçivəsində aparılmalıdır.
“Bu o demək deyil ki, biz bunu burada və indi etməliyik. Amma mən hazırkı vəziyyətdə nüvə siyasətimizin bütün strukturunu müzakirə etməyə açığam. Həm iqtisadi baxımdan, həm də potensial baxımından”, - Troels Lund Poulsen bildirib.
Qeyd edək ki, son 70 ildir ki, Danimarkanın siyasəti krallıq daxilində nüvə silahlarını qadağan etmək olub.