Luvr Muzeyinin direktoru Lorens de Kars istefa verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, buna 2025-ci ilin oktyabr ayında baş verən böyük soyğunçuluq, təhlükəsizlik problemləri, binanın təmir problemləri və işçilərin tətili səbəb olub.
Fransa Prezidenti Emmanuel Makron Lorens de Karsın istefasını qəbul edib.
Versal muzeylərinin hazırkı direktoru Kristof Leribonun istefa vermiş müdiri əvəzləyəcəyi gözlənilir.
Oktyabr ayında muzeydən 88 milyon avro dəyərində zərgərlik əşyası oğurlandı və hələ də tapılmayıb. III Napoleonun həyat yoldaşı, Fransa imperatriçası Yevgeninin tacı zədələnib. Muzeydə əmək haqqından narazılıq və pis iş şəraiti tətillərə və vaxtaşırı iş dayanmalarına səbəb oldu. Fevralın ortalarında Luvrdakı məşhur Mona Lizanın yaxınlığında boru partladı. Sızma nəticəsində qiymətli kitablar zədələndi. Muzeyə 10 milyon avroya başa gələn bilet fırıldaqçılığı sxemi də bu yaxınlarda aşkar edilib.