Operativ Məlumat Mərkəzi

COP29 prezidenti BMT baş katibinin müşaviri ilə iqlim təşəbbüslərini müzakirə edib

1 dəq
Paylaş:
COP29 prezidenti BMT baş katibinin müşaviri ilə iqlim təşəbbüslərini müzakirə edib
bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib. Görüşdə tərəflər iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyəti və iqlim...

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT baş katibinin iqlim məsələləri üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Görüşdə tərəflər iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyəti və iqlim planlarının razılaşdırılmasında hökumətlərin ambisiyalarının artırılması üzrə qarşıdakı COP29 səylərini müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər