Əsas məzmuna keç

COP29 futbol oyunlarına təsir edəcək? - AÇIQLAMA

COP29 futbol oyunlarına təsir edəcək? - AÇIQLAMA

Bu ilin noyabrında Bakıda keçiriləcək üzrə Premyer Liqasının oyunlarına təsir etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Premyer Liqanın püşkatma mərasimində çıxışı zamanı deyib.

PFL rəsmisi bildirib ki, həmin müddətdə ölkədə futbol yarışı keçirilməyəcək: “Bu məsələ ötən mövsümün gedişindən müzakirə edilir. COP29 zamanı I Liqa, II Liqa, Liqası və Azərbaycan Kubokunun matçları baş tutmayacaq. Premyer Liqaya gəldikdə, həmin vaxt milli komandaların görüşlərinə görə çempionatda fasilə olacaq. Bir sözlə, COP29-un Azərbaycan Premyer Liqasına hər hansı təsiri olmayacaq. Bütün bunlar təqvimdə öz əksini tapacaq”.

Qeyd edək ki, COP29 tədbiri noyabrın 11-dən 22-dək keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…