Operativ Məlumat Mərkəzi

Çin ABŞ-nin veto qərarını qınayıb

2 dəq
Paylaş:
Çin ABŞ-nin veto qərarını qınayıb
Rəsmi Pekin qərarı yanlış addım kimi qiymətləndirib və bunun Qəzzada vəziyyəti daha da gərginləşdirəcəyini bəyan edib. Yaxın şərqdə münaqişə miqyasının...

Çin hökuməti ABŞ-ni BMT Təhlükəsizlik Şurasının Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnaməsinə veto qoyduğu üçün qınayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Rəsmi Pekin qərarı yanlış addım kimi qiymətləndirib və bunun Qəzzada vəziyyəti daha da gərginləşdirəcəyini bəyan edib.

Yaxın şərqdə münaqişə miqyasının böyüməsinin regional sabitliyi pozduğu və müharibənin digər ölkələrə sıçraması üçün əlverişli mühitin yarandığı qeyd olunub.

Xatırladaq ki, BMT TŞ-da Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsi səsverməyə çıxarılıb. Şuraya üzv olan 15 ölkədən 13-ü qətnamənin lehinə səs verib. Qətnamə layihəsinə qarşı çıxan yeganə ölkə Birləşmiş Ştatlar olub. B.Britaniya isə səsvermədə bitərəf qalıb.

Birləşmiş Ştatların BMT-dəki səfiri Linda Thomas Grienfield, Əlcəzairin təklif etdiyi atəşkəslə bağlı qanun layihəsinin Amerikanın Qəzza zolağındakı planları ilə üst-üstə düşmədiyini, buna görə ona veto qoyulduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər