Marsda 750 milyon il əvvəl dörd metr qalınlığında çöküntü təbəqəsi ilə daimi su mühiti mövcud olub.
“Operativ Məlumat Mərkəzi-OMM” Sinxua xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri Zhurong roverinin əldə etdiyi məlumatları araşdırdıqdan sonra açıqlayıblar.
Aparıcı tədqiqatçı Liu Yike bildirib ki, çöküntü təbəqəsinin vahid qalınlığı və davamlılığı vulkan püskürmələri və ya külək təsirli prosesləri istisna edir və yeganə ağlabatan izahat həmin dövrdə ərazinin dayaz göl və ya böyük gölə bənzər su çöküntü mühiti olmasıdır.
Alimlərin araşdırmalarına görə, Marsda su əvvəllər düşünüləndən bir neçə yüz milyon il daha uzun müddət mövcud olub.