Çində Qazaxıstan və Qırğızıstan sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Çinin Aksu qəzasından 133 km qərbdə və Almatıdan 260 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarər alanlar və dağıntılar barədə məlumat verilməyib.