Əsas məzmuna keç

Çində silsilə zəlzələlər baş verib

Çində silsilə zəlzələlər baş verib

Çində 5,7 və 3,9 maqnitudalı zəlzələlər qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şəbəkə Mərkəzi () məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 6:27-də Qazaxıstanla sərhədin yaxınlığında, Sincan-Uyğur Muxtar Regionunda 5,7 maqnitudalı olub. Yeraltı təkanların episentri Çinin Aksu qəzasından 125 kilometr qərbdə və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Pekin vaxtı ilə saat 9:44-də 3,9 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Hadisə Çinin Akçi qəzasında baş verib. Dağıntı və itki barədə məlumat daxil olmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…