Operativ Məlumat Mərkəzi

Çin səkkizinci peyki uğurla orbitə buraxıb

1 dəq
Paylaş:
Çin səkkizinci peyki uğurla orbitə buraxıb
şirkət bu barədə "WeChat" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Açıqlamada bildirilib ki, buraxılış Çinin şimalındakı Jiuquan kosmodromundan...

Çinin "Galactic Energy" şirkəti səkkiz kosmik gəmi ilə Ceres-1 kommersiya daşıyıcı aparatını uğurla orbitə buraxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkət bu barədə "WeChat" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Açıqlamada bildirilib ki, buraxılış Çinin şimalındakı Jiuquan kosmodromundan həyata keçirilib. Bu, Ceres-1-in 18-ci missiyasıdır.

Peyklər günəşlə sinxron orbitə çıxarılıb və 535 km yüksəklikdə yerləşir.

Ceres-1 bərk yanacaqla işləyən, dörd pilləli, gövdə diametri 1,4 m, uzunluğu 19 m olan yüngül sinifli raketdir. O, 400 kq-a qədər faydalı yükləri aşağı Yer orbitinə çıxarmağa qadirdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər