Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çin Hörmüz boğazında ABŞ-nin hərbi addımlarını pislədi

2 dəq
Paylaş:
Çin Hörmüz boğazında ABŞ-nin hərbi addımlarını pislədi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, Çin boğazında normal gəmiçiliyin bərpasını tələb edir və ABŞ-nin mümkün blokada addımlarını məsuliyyətsiz hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diplomat bu barədə brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, tərəflərin müvəqqəti atəşkəsə razılaşdığı bir şəraitdə ABŞ-nin fəaliyyətlərini genişləndirməsi və blokada əməliyyatları həyata keçirməsi yalnız gərginliyi artırır və vəziyyəti daha da kəskinləşdirir.

Çin tərəfi bəyan edib ki, boğazda təhlükəsiz və normal gəmiçiliyin təmin olunması üçün bütün tərəflər atəşkəsə əməl etməli və dialoq prosesinə üstünlük verməlidir.

Sözçü qeyd edib ki, ABŞ tərəfindən atılan addımlar onsuz da kövrək olan atəşkəsi poza bilər və ticarətə ciddi zərər vura bilər.

Onun fikrincə, yalnız əməliyyatların tam dayandırılması regionda uzunmüddətli sülh üçün şərait yarada bilər.

Xatırladaq ki, İslamabadda keçirilən İran–ABŞ danışıqlarında İran nümayəndə heyətinə Məhəmməd Bağır , ABŞ tərəfinə isə C.D. Vens rəhbərlik edib. Danışıqlarda tərəflər bir sıra fikir ayrılıqlarına görə yekun razılığa gələ bilməyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax