Çin CERES-1 raketi ilə 8 peyk buraxıb

Çin CERES-1 raketi ilə 8 peyk buraxıb
18.03.2025 15:06
Aa
dəq

Çin özəl bir şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raketi CERES-1 ilə kosmosa 8 peyk göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Peyklər buraxılışdan sonra planlaşdırılmış orbital mövqelərində qərarlaşsa da, bu, CERES-1 raketi ilə 17-ci uğurlu nəqliyyat missiyası olub.

"Galactic Energy" tərəfindən hazırlanmış 19 metr uzunluğunda və 1,4 metr enində olan CERES-1 raketi Aşağı Yer Orbitinə 350 kiloqrama qədər faydalı yük daşıya bilir.

İndiyədək CERES-1 ilə 71 peyk orbitə çıxarılıb.

Həftənin ən çox oxunanları