Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaponiyada baş verən 7,1 bal gücündə zəlzələ: Ölənlərin sayı artır

2 dəq
Paylaş:
Yaponiyada baş verən 7,1 bal gücündə zəlzələ: Ölənlərin sayı artır

Yaponiyanın prefekturasında baş verən 7,1 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 35 nəfərə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə dövlət televiziyası NHK məlumat yayıb.

Bildirilib ki, zəlzələdən sonra sağ qalanların tapılması üçün mühüm hesab olunan ilk 72 saat artıq başa çatsa da, axtarış- davam etdirilir. Xüsusilə, Aeon Mall ticarət mərkəzi və Nippon Paper Industries zavodunun dağılmış hissələrində xilasedicilər intensiv fəaliyyət göstərirlər. Dağıntılar altından 6 yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, nəticəsində bölgədə infrastruktur ciddi zərər görüb. Hazırda 80 min ev susuz, 4 min 500 ev isə elektrik enerjisiz qalıb. Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, 53 tibb müəssisəsində kommunal xidmətlərin verilməsində fasilələr yaranıb. Müvəqqəti sığınacaqlarda isə 9 mindən çox sakin yerləşdirilib.

Qeyd edək ki, Meteorologiya Agentliyi (JMA) iyulun 28-də yerli vaxtla saat 16:27-də Uki və Hikava rayonlarında 10 kilometr dərinlikdə 7,1 bal gücündə zəlzələnin baş verdiyini açıqlamışdı. Yeraltı təkanlar nəticəsində yollar və körpülər dağılıb, bir sıra ərazilərdə yanğınlar qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax