Çinin diplomatik nümayəndəsi Sun Ley ABŞ-nin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumların Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirdiyini və regionu növbəti dəfə "təhlükəli uçuruma" sürüklədiyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, diplomatın sözlərinə görə, Vaşinqtonun son addımları bölgədəki təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir və yeni risklər yaradır.
Sun Ley vurğulayıb ki, hazırkı mərhələdə əsas məsələ ABŞ-nin regionda yeni münaqişələr və xaos yaratmaqdan çəkinməsidir. Çin tərəfi hesab edir ki, gərginliyin azaldılması və sabitliyin qorunması üçün bütün beynəlxalq aktorlar daha təmkinli və məsuliyyətli siyasət yürütməlidirlər.