Türkiyənin Erzurum şəhərində bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Erzurum-Aşkale avtomobil yolunda, qatı dumanın müşahidə olunduğu ərazidə qeydə alınıb.
Hadisə barədə məlumat daxil olan kimi əraziyə çox sayda AFAD, təcili tibbi yardım, yanğınsöndürmə, polis və jandarma briqadaları cəlb edilib.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 27 nəfər təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılaraq müalicə altına alınıb.
Baş vermiş hadisə ilə əlaqədar olaraq Erzurum-Aşkale magistral yolu nəqliyyatın hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.