Əsas məzmuna keç

Ceyhun Bayramov Ukraynanın bərpası konfransında iştirak edib

Ceyhun Bayramov Ukraynanın bərpası konfransında iştirak edib

XİN rəhbəri Berlində keçirilən tədbirdə çıxış edərək, Azərbaycanın müharibədən sonrakı yenidənqurma prosesinə dair dəstəyini və konkret təşəbbüslərini açıqlayıb.

en ru

Azərbaycanın naziri Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşılıb.

Bildirilib ki, müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstək barədə məlumat verib. O, humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələrin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Görüşlərdə münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması və postmünaqişə dövründə bərpa proseslərinin dəstəklənməsi üçün beynəlxalq həmrəyliyin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Ukraynaya göstərməyə bundan sonra da hazır olduğunu bir daha bəyan edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…