17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə olunub.
Görüşdə ölkələrimiz arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, bu çərçivədə liderlərimiz arasında görüşlər, parlamentlərimiz arasında artan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə də Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İki ölkə arasında digər vacib istiqamətlər ilə yanaşı, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
Oxşar xəbərlər
Xarici Siyasət
Mikayıl Cabbarov Şavkat Mirziyoyev tərəfindən qəbul olunub
Xarici Siyasət
Ceyhun Bayramov İrəvanla normallaşma prosesinin detallarını açıqladı
Xarici Siyasət
Ceyhun Bayramov: Mustafayev və Overçuk sentyabrda görüşəcək
Xarici Siyasət
Ceyhun Bayramov: Şimal-Cənub dəhlizi bizim üçün prioritetdir
Eyni mövzuda
Daha çox: Xarici Siyasət
Xarici Siyasət
Azərbaycan və Rusiya dekabrda parlamentlərarası iclas keçirəcək
Xarici Siyasət
Rusiya və Azərbaycan XİN-ləri yeni əməkdaşlıq planı imzaladı
Xarici Siyasət
Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazı müzakirə ediblər
Xarici Siyasət