Əsas məzmuna keç

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

XİN rəhbərləri Yermek Koşerbayev və Ceyhun Bayramovun telefon danışığında AQEM çərçivəsində əməkdaşlıq və Türk dünyasında həmrəylik məsələləri müzakirə olunub.

en ru

naziri ilə qazaxıstanlı həmkarı Yermek arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazirlər beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayaraq, çoxtərəfli platformalarda əlaqələndirilmiş fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər və qarşıdakı təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində Qazaxıstanın yüksək səviyyədə təmsil olunmasını məmnunluqla qeyd edərək, bunun ortaq tarix, mədəniyyət və mənəvi irsin təşviqi, eləcə də Türk dünyasında həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…