Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov: Azərbaycan ilə İran arasında əlaqələr yüksəksəviyyəli səfərlərlə daha da güclənir

1 dəq
Paylaş:
Ceyhun Bayramov: Azərbaycan ilə İran arasında əlaqələr yüksəksəviyyəli səfərlərlə daha da güclənir
bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə söyləyib. O bildirib ki, 2025-ci...

Azərbaycan ilə İran arasında əlaqələr yüksəksəviyyəli səfərlərlə daha da güclənir. Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin dərin tarixi kökləri var. Bu münasibətlər dostluq, əməkdaşlıq və qardaşlıq prinsiplərinə əsaslanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə söyləyib.

O bildirib ki, 2025-ci ilin Azərbaycan–İran İli çərçivəsində iki ölkə üçün əlamətdar bir mərhələ formalaşıb. Rəsmi görüşlər fonunda mühüm nəticələr əldə edilib və ikitərəfli əməkdaşlıq yeni inkişaf mərhələsinə yüksəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər