Çexiyanın paytaxtı Praqada Çarlz Universitetində 14 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla əlaqədar dekabrın 23-ü şənbə gününün milli matəm günü elan edilməsi qərara alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.
24 yaşlı universitet tələbəsi David Kozakın universitet binasından ətrafdakı insanlara atəş açması nəticəsində 14 nəfərin həlak olması ilə əlaqədar dekabrın 23-ü, şənbə gününün milli matəm günü elan edilməsi qərara alınıb.