Əsas məzmuna keç

Cevdet Yılmaz İrəvanda: Türkiyə rəsmisi sammitə qatılır

Cevdet Yılmaz İrəvanda: Türkiyə rəsmisi sammitə qatılır

Cevdet Yılmaz Ermənistan paytaxtına gəlib. Ruben Rubinyan tərəfindən qarşılanan rəsmi şəxs Avropa Siyasi Birliyinin sammitinə qatılacaq. Səfərin mühüm detalları:

en ru

Türkiyənin vitse-prezidenti İrəvana səfər edib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyənin vitse-prezidentini İrəvandakı Zvartnots hava limanında Milli Məclisinin sədr müavini və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan qarşılayıb.

Bildirilib ki, Yılmaz Avropa Siyasi Birliyinin VIII Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gəlib. Zirvə görüşü mayın 4-də İrəvanda “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” devizi altında keçiriləcək.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin ilk zirvə görüşü 6 oktyabr 2022-ci ildə Praqada baş tutub. Sonrakı görüşlər Kişinyov, Qranada, Oksfordşir, Budapeşt, Tirana və Kopenhagen şəhərlərində keçirilib.

Məlumata görə, Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderlərini bir araya gətirən və qitədə , sabitlik və rifahın gücləndirilməsinə yönəlmiş siyasi platformadır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…