Cənubi Koreyada paytaxt Seulun cənubundakı metro stansiyasında eskalatorun sürətlə əks istiqamətə hərəkət etməsi nəticəsində 14 nəfər xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, yuxarı qalxan eskalator qəfil sürətlə geriyə dönüb aşağı düşdüyündən onun üzərində olan insanlar yıxılıb.
Kürəyi və ayaqlarından ağır xəsarət alan 3 nəfər xəstəxanaya çatdırılıb, yüngül xəsarət alan 11 nəfərə tibbi yardım göstərilib.
Polis qəzanın dəqiq səbəblərini araşdırır.