Yaponiyada 4 Çin vətəndaşının təxminən 700 kiloqram qeyri-qanuni stimullaşdırıcı maddə qaçaqmalçılığında şübhəli bilinərək həbs olunduğu bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Tokio limanında lövbər salan yük gəmisində axtarış aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Yokohama və Kavasaki rayonlarında 35-51 yaşlarında olan 4 nəfəri qanunsuz stimullaşdırıcı maddələrin qaçaqmalçılığında şübhəli bilərək həbs ediblər.