Cənubi Amerika ölkəsi Çilidə 6,4 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Çili Universitetinin Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri ölkənin Kobkekura şəhərində olan 6,4 bal gücündə zəlzələ 111 kilometr dərinlikdə baş verib.
Zəlzələ nəticəsində ölən olmayıb. Zəlzələ Maule, Biobio və O'Higgins şəhərlərində də hiss olunub.