Cənubi Afrikada güclü yağışların səbəb olduğu daşqınlarda 6 nəfər ölüb, 10 nəfər itkin düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, KvaZulu-Natal əyalətinin Ladysmith şəhərində leysan yağışların səbəb olduğu daşqınlar olub. Yağışlar şəhərin infrastrukturuna böyük ziyan vursa da, fırtına bəzi evlərə də ziyan vurub.
Fəlakətlə mübarizə qrupları itkin düşənlərin tapılması üçün işlərini davam etdirir.
Cənubi Afrikada daşqınlar zamanı 6 nəfər ölüb
1 dəq