Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

CENTCOM: İrana qarşı hərbi əməliyyatlarda 50 mindən çox əsgər iştirak edir

2 dəq
Paylaş:
CENTCOM: İrana qarşı hərbi əməliyyatlarda 50 mindən çox əsgər iştirak edir

"" komandanı admiral Bred "X" platformasındakı hesabı vasitəsilə İrana qarşı davam edən əməliyyatlarla bağlı mühüm açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Kuper bildirib ki, bu əməliyyatlara 50 mindən çox hərbçi, 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcı gəmi cəlb olunub. Admiral bu vəziyyəti ABŞ-nin Yaxın Şərqdə son bir nəsildə gördüyü ən böyük yığınağı kimi xarakterizə edib.

Məlumata görə, fevralın 28-dən etibarən ABŞ və İsrail qüvvələri İranda təxminən 2 min hədəfi vurub. Kuper qeyd edib ki, bu zərbələr nəticəsində İranın hava hücumundan müdafiə sistemləri böyük ölçüdə zəiflədilib.

Xatırladaq ki, ABŞ və İsrailin hərbi müdaxiləsi Vaşinqton və Tehran arasında danışıqların davam etdiyi bir vaxtda başlayıb.

İran tərəfi isə bu hücumlara cavab olaraq İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi bir neçə region ölkəsini hədəf alıb.

Hərbi əməliyyatlar nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi də daxil olmaqla, bir çox yüksək rütbəli rəsminin həlak olduğu bildirilir. İran Qızıl Aypara Cəmiyyətinin yaydığı son məlumata görə, hücumlar nəticəsində ümumilikdə 787 nəfər həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax