Əsas məzmuna keç

ABŞ və Ekvador narkokartellərə qarşı birgə hərbi əməliyyata başlayıb

ABŞ və Ekvador narkokartellərə qarşı birgə hərbi əməliyyata başlayıb

Pentaqonun Cənub Komandanlığı narkoterrorizmlə mübarizə çərçivəsində Ekvador qüvvələri ilə birlikdə genişmiqyaslı əməliyyatlara start verildiyini elan edib.

en ru

ABŞ və silahlı qüvvələri regionda narkotik ticarəti ilə məşğul olan qruplaşmalara qarşı birgə hərbi əməliyyatlara başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Pentaqonun Cənub Komandanlığı "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

Məlumata görə, əməliyyatların əsas məqsədi narkoterrorizmlə mübarizə aparmaq və regionda zorakılıq, və korrupsiyaya şərait yaradan strukturları zərərsizləşdirməkdir.

rəsmiləri bildiriblər ki, bu addımlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşların cinayətkar qruplaşmalara qarşı qətiyyətli mübarizəsinin göstəricisidir.

ABŞ-nin Cənub Komandanlığının rəhbəri, general Frensis L. Donovan Ekvador hərbçilərinin cəsarətini yüksək qiymətləndirib:

"Biz Ekvador silahlı qüvvələrinin narkoterrorçulara qarşı nümayiş etdirdiyi qətiyyəti və sarsılmaz mübarizə əzmini alqışlayırıq".

Qeyd edək ki, ötən ilin sentyabr ayında Departamenti Ekvadorun iki ən böyük karteli olan "Los Lobos" və "Los Choneros" qruplaşmalarını xarici terror təşkilatları siyahısına daxil edib. Eyni zamanda, Ekvador də narkokartellərə qarşı əməliyyatların yeni mərhələsinə keçildiyini bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…