Operativ Məlumat Mərkəzi

"Çelsi" bu qapıçı ilə maraqlanır

1 dəq
Paylaş:
"Çelsi" bu qapıçı ilə maraqlanır
28 yaşlı serb “Çelsi” tərəfindən diqqətlə izlənir. "Çelsi" Torino ilə müqaviləsi 2026-cı ilə qədər olan serblə danışıqlara başlamağa hazırlaşır. 20...

"Torino"nun qapıçısı Vanya Milinkoviç-Saviç son illərdə A Seriyasının ən yaxşı qapıçılarından biri kimi özünü təsdiqləyib. Qapıçıya İngiltərə Premyer Liqa klubları maraq göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Tuttosport”a istinadən xəbər verir ki, 28 yaşlı serb “Çelsi” tərəfindən diqqətlə izlənir.

"Çelsi" Torino ilə müqaviləsi 2026-cı ilə qədər olan serblə danışıqlara başlamağa hazırlaşır.

20 milyon avroluq sərbəst qalma müddəası londonlular üçün problem olmayacaq.

Lakin “Çelsi” yeganə iddialı deyil. “Mançester Siti” də müqaviləsi 2026-cı ildə başa çatacaq Edersonun qeyri-sabitliyi səbəbindən Milinkoviç-Saviçi diqqətlə izləyir.

Onu da əlavə edək ki, Milinkoviç-Saviç bu mövsüm “Torino”nun heyətində bütün turnirlərdə 31 oyun keçirib, 34 qol buraxıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər