Əsas məzmuna keç

Cəlilabadda yeniyetmə bıçaqlandı

Cəlilabadda yeniyetmə bıçaqlandı

Bölgədə azyaşlılar arasındakı münaqişə qanla bitib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, DİN hadisə ilə bağlı araşdırmalara başlayıb. İnsidentin təfərrüatları:

en ru

rayonunda yeniyetmələr arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yeniyetmələr arasında yaranan mübahisədən sonra onların valideynləri, Nicat Cəbiyev və İlqar Quliyev məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə bıçaq xəsarətləri yetirib.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı N.Cəbiyev əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…